Füzuli, 25 noyabr, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrında S.S.Axundovun “Eşq və intiqam” əsərinə daxili baxış keçirilib.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçıları Nizami Süleymanov və Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Vaqif Rəhimov, Məryəm Məmmədova, İntizar Quliyeva, Qaçaq Qarayev, Əli Hüseynov, Sevinc Məmmədova, Sehran Xanlarov, Nicat Süleymanzadə, Əsmər İbrahimova, Elşən Gözəlov, Fatimə Səfərəliyeva və başqaları çıxış edirlər.
Tamaşa yaxın günlərdə Füzuli ictimaiyyətinə təqdim olunacaq.

“Eşq və intiqam” tamaşası Füzuli Dövlət Dram Teatrının səhnəsində
“Eşq və intiqam” tamaşası Füzuli Dövlət Dram Teatrının səhnəsində
“Eşq və intiqam” tamaşası Füzuli Dövlət Dram Teatrının səhnəsində