Bakı, 6 fevral, AzərTAc
“Bakı Fond Birjası” QSC tərəfindən yenilənmiş “Bakı Fond Birjasında qiymətli kağızların listinqi, delistinqi və ticarətə buraxılması qaydaları” qəbul edilib. Eyni zamanda, mövcud listinq tarifləri sadələşdirilib və optimallaşdırılıb.
Fonddan AzərTAc-a bildirilib ki, yeni qaydalar bu sahədə qabaqcıl beynəlxalq təcrübə və yerli bazarın xüsusiyyətləri əsasında, qiymətli kağızlar bazarına dair qanunvericilik aktları çərçivəsində “Kapital bazarlarının müasirləşdirilməsi” layihəsi ekspertləri tərəfindən yerli mütəxəssislərlə birgə hazırlanıb. Qaydalar qiymətli kağızların listinqi üzrə yeni konseptual yanaşmanı və mütərəqqi normaları müəyyənləşdir.
Yenilənmiş qaydalar və tariflər BFB-nin veb saytının (www.bfb.az) müvafiq bölmələrində yerləşdirilib.