Türk kinosunun böyük ustadı, "Hababam sınıfı" filmindəki "Mahmud hoca" obrazı ilə tanınan Münir Özkulun xəstə yatağından çəkilən fotoları sosial mediada mübahisə yaradıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hər dəfə yalan ölüm xəbərı yayılan 89 yaşlı Özkulun həkimləri onu "sevginin gücü ilə" sağaltdıqlarını deyiblər. Lakin həmin müsahibə ilə birgə aktyorun vəziyyətinin ağır olduğunu göstərən fotolar da yayılıb. Şəkillərin M.Özkulun həyat yoldaşının icazəsi ilə yayılmasına rəğmən internetdə keçirilən sorğuda 75 faiz insan fotoların yayılmasına qarşı olduğunu bildirib.
Aktyorun qızı da görüntülərin yayılmasının problem olmadığını deyib.
Milli.Az


