Braziliyada ildırım vurması nəticəsində 5 nəfər ölüb

00:32 30 Dekabr 2014
60 Dünya
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 00:27 ]

Bakı – APA. Braziliyanın San Paolo ştatında ildırım vurması nəticəsində 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Praya Qrandi kurort şəhərinin çimərliyində baş verib

 

Ölən və xəsarət alanların hamısı köşkdə şiddətli yağışdan gizlənənlər olub. Braziliyanın milli kosmik araşdırmaları İnstitutunun hesablamalarına görə, hər il ölkə üzərində 58 milyona yaxın ildırım çaxır. Bu göstəriciyə görə Braziliya dünyada birinci yeri tutur. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR