Üzvlər isə Tovuz rayon icra hakimiyyətinin Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaşar İbrahimov, iş adamı Oqtay Hümbətov, veteran futbolçu Zahid Əsgərov və Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri Ramiz Allahverdiyevdir. İcraçı direktor funksiyası isə Azərbaycan millisinin və "Turan"ın sabiq hücumçusu Nadir Nəbiyevə həvalə olunub.
Qeyd edək ki, indiyədək Azərbaycan Premyer Liqasındakı bir neçə klubda Müşahidə Şurası yaradılıb. Amma "Turan Tovuz" bu addımı atan ilk I Divizion təmsilçisidir.