Qvatemalanın Eskuintla şəhərində yerləşən "Granja de Rehabilitacion Canada" həbsxanasında qiyam başlanıb.

Nəzarətçilərlə məhbuslar arasındakı toqquşmalarda 6 nəfər həlak olub.
Milli.Az El Mundo-ya istinadən billdirir ki, qapalı tipli həbsxana olan bu cəza müəssisəsindəki olaydan danışarkən həbsxananın mətbuat xidmətinin rəhbəri Rudi Esquivel çoxsaylı yaralıların da olduğunu bildirib.
"Polisin və hərbçilərin müdaxiləsindən sonra qiyam yatırılıb. Həbsxanadan qaçanların olub-olmadığı müəyyənləşdirilir", - Esquivel deyib.
Qiyamın səbəbi "Mara 18" və "Mara Salvatrucha" qruplaşmalarını üzvləri arasındakı davaya başqa məhbusların da qatılması olub.
"Granja de Rehabilitacion Canada" həbsxanası 600 məhbus üçün nəzərdə tutulsa da, burada 3200 məhbus var.
Həbsxananı "kiçik cəhənnəm" adlandırırlar.

Milli.Az

"Kiçik cəhənnəm"də qiyam: 6 ölü - FOTO
"Kiçik cəhənnəm"də qiyam: 6 ölü - FOTO
"Kiçik cəhənnəm"də qiyam: 6 ölü - FOTO
"Kiçik cəhənnəm"də qiyam: 6 ölü - FOTO
"Kiçik cəhənnəm"də qiyam: 6 ölü - FOTO
"Kiçik cəhənnəm"də qiyam: 6 ölü - FOTO