Braziliyada çimərlikdə ildırım vurması nəticəsində dörd nəfər ölüb.
ANS PRESS-in məlumatına görə, hadisə San-Paulonun cənub-şərqində baş verib.
Çimərlikdə ildırım çaxması vaxtı daha 4 nəfər zərər çəkib.
Hadisə Praya-Qrandi şəhərində olub. Bildirilir ki, ildırım istirahət edənlərin qəfildən başlayan leysandan gizləndiyi plyaj kioskunu vurub.
Zərər çəkənlər xəstəxanaya çatdırılıb.