ANS ÇM radiosu dinləyicilərilə musiqili görüş keçirib. Tədbir böyük coşqu ilə qarşılanıb. Onlar üçün xüsusi müsabiqələr də təşkil olunub.

ANS TV-nin məlumatına görə, paytaxtda ticarət və əyləncə mərkəzlərindən birində ANS ÇM və “SOCAR Petroleum”un birgə təşkilatçılığı ilə möhtəşəm konsert proqramı təşkil edilib.

Tədbirdə incəsənət nümayəndələrindən Gülyanaq Məmmədova, İzzət Bağırov, Ayaz Qasımov, Səidə Sultan kimi tanınmış müğənnilər dinləyicilər üçün ifa ediblər.

Müğənni Gülyanaq Məmmədova tədbir zamanı ANS-in bütün kollektivinə uğurlar dilədi.

Müğənni İzzet Bağırov isə bu günləri ANS ÇM radiosu dinləyicilərilə görüşdüyünü və buna dəstək kimi bu tədbirdə iştirak etdiyini söylədi.

Qafqazın ilk FM stansiyası, Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan ANS ÇM konsert zamanı tamaşaçılar arasında müsabiqə keçirib.

Müsabiqə qaliblərinə qiymətli hədiyyələr də təqdim olunub.