Bakı. Hüseyn Vəliyev - Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daha yüksək səviyyədə işləyəcək. Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bakıda "BakuTel-2015" 21-ci Beynəlxalq telekommunikasiya sərgisinin açılışına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, rabitə və yüksək texnologiyalar nazirinə birinci müavin təyin edilib: "O, dövlət başçısının sərəncamına əsasən nazirin səlahiyyətlərini icra edir. Bununla əlaqədar qurumun fəaliyyətini daha yüksək səviyyədə təmin etmək üçün nazirlikdə müvafiq işlər görülür".

Bizi Twitter-dən izləyin: @trend_az