İŞİD terror təşkilatı liderlərindən olan Əbu Bəkr əl-Bağdadinin həyat yoldaşı azad edildi. Dünyanaın diqqətində olan qadın 16 əsgərlə dəyişdirilib.

"Əl Qaidə"nin Suriyadakı qolu olan "Əl Nusra" cəbhəsi 2014-cü ildən bəri girov saxladığı 16 livanlı əsgəri 13 döyüşçününü müqabilində azad edib. Azad edilənlər arasında dəfələrlə ölüm xəbəri yayaılan Bağdadinin həyat yoldaşı Saca Hamid Əl Dulaiminin də adı vara. Əl Dulaimi Beyruta, oradan isə Türkiyəyə getməyi planlaşdırdığını deyib. Onun sözlərinə görə, həyat yoldaşından 6 il öncə boşanıb.

Girovların dəyişdirilməsi Suriya ilə sərhəddə baş tutub. Döyüşçülər arasında beş qadın olub.




İddiaya görə, İŞİD lideri İsrailin agentidir. Belə bir iddia ilə İran mətbuatı çıxış edib. Mətbuatda yazılanlara görə, İŞİD lideri Əbubəkir əl-Bağdadi ölüb və onun yerinə İsrail casusu yerləşdirilib.

İddiaya görə, əl-Bağdadi 8 il bundan əvvəl, 2006-cı ildə öldürülüb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden tərəfindən mediaya sızdırılan sənədlər bunu təsdiq edir.

Dünyanın danışdığı qadın sərbəst qaldı (FOTO, VİDEO)
Bağdadinin keçmiş arvadı