Seyran yeni klipini təqdim etdi - video

Seyran yeni klipini təqdim etdi -  video
16:06 2 Dekabr 2015
30 Şou
Ölkə mətbuatı
A- A+

Gənc müğənni Seyran Babayev "Mənə Güvən" adlı mahnısına çəkilən klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, bəstənin sözləri Sheyh Ree və Nəzrinə, musiqisi isə ifaçının özünə aiddir. Mahnının aranjimançısı Orxan Bağırzadə, icraçı prodüseri Omar Abdulkərimovdur.

Uzun müddət "Next" qrupunda fəaliyyət göstərən, daha sonra solo fəaliyyətə başlayan müğənni klipdə daha bir bacarığını nümayiş etdirərək klarnetdə ifa edib.

"Bəlkə də çoxları klipə baxıb klarnetlə imitasiya etdiyimi düşünəcək. Əslində isə həm videoda, həm də səs yazma prosesində klarnetdə özüm ifa etmişəm. Mən Şövkət Ələkbərova adına musiqi məktəbinin nəfəsli alətlər bölümünü bitirmişəm və bu sahədə bir çox müsabiqələrdə laureat olmuşam. Klarnet ifaçılığını valideynlərimin istəyi ilə öyrənsəm də, təəssüf ki, sonadək davam etdirə bilmədim. Amma klipdəki görüntülər mənim üçün də xoş xatirə olaraq qalacaq" - deyə S.Babayev bildirib.

Alvin Əhmədovun rejissorluğu ilə çəkilən klipdə Seyranla birgə Ulduz Bayramova və Emma Salayeva da çəkiliblər.

Qeyd edək ki, Seyran Babayev indiyədək  Bolqarıstanda keçirilən "Discovery İnternational Pop Festival",  Belarusda baş tutan "Zolotoy Şlyager" festivalllarında ölkəmizi təmsil edərək müxtəlif nominasiyalarda uğur qazanıb.

O, həmçinin hazırda "Chatbox" TV-də aparıcılıq edir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41800

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR