Rusiyadan şok açıqlama: "Ərdoğanla ailəsi İŞİD-dən..."

Rusiyadan şok açıqlama: "Ərdoğanla ailəsi İŞİD-dən..."
16:32 2 Dekabr 2015
124 Digər
Ölkə mətbuatı
A- A+

Rəsmi Moskva Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla və onun ailəsini İŞİD terror təşkilatının Suriyada ələ keçirdiyi ərazilərdən neft məhsulları alışlarında əli olmaqda suçlayıb.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov bu gün Moskvada keçirdiyi brifinqdə deyib.

"İŞİD-in qəsb etdiyi neftin əsas alıcısı Türkiyədir. Bu cinayətkar biznesdə ölkənin ali rəhbərliyi  -prezident Ərdoğan və onun ailəsi iştirak edirlər", - Antonov deyib.

Brifinqdə daha sonra bildirilib ki, bu məlumatlar peyk çəkilişləri, informasiyalar və kəşfiyyat məlumatları ilə təsdiqlənir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR