​ Bakı-Aktau bərələrinin yeni hərəkət cədvəli açıqlanıb

16:47 2 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, Bakı-Aktau istiqamətində təkərli texnika və dəmiryol vaqonlarını daşıyan gəmilər həftənin hər çərşənbə axşamı və cümə günləri, Aktau-Bakı istiqamətində isə çərşənbə və şənbə günləri yola düşəcək (hava şəraiti ilə əlaqədar qrafikdə məcburi dəyişikliklərin edilməsi zərurəti olduqda, öncədən xəbərdarlıq ediləcək):
Bakı (Ələt) - Aktau Aktau - Bakı (Ələt) Çərşənbə axşamı 12:00 Çərşənbə 23:00 Cümə 12:00 Şənbə 23:00
Zərurət yarandığı halda, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” artan yük həcmlərinin daşınması məqsədi ilə qrafik üzrə gəmi səfərlərinin sayını tələbata uyğun artıracaq.
Bakı-Aktau və Aktau-Bakı istiqamətində daşımalar Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanından həyata keçirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/baki-aktau-berelerinin-yeni-hereket-cedveli-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR