Fatih Terim toy edəcək (FOTO)

Fatih Terim toy edəcək (FOTO)
17:11 2 Dekabr 2015
40 İdman
Ölkə mətbuatı
A- A+

“Qalatasaray”ın sevimli qapıçısı Muslera evlənir.

ANS PRESS-in məlumatına görə, uruqvaylı qapıçı Muslera sevgilisi Patrisia ilə 30 dekabr da subaylığın daşını atacaq. Musleranın toyu vətəni Uruqvayda olacaq.
Həmin gün onun nikah mərasimi olacaq. Kilsədəki ayin isə yanvarın 2-nə planlaşdırılıb.

“Bu dinimizə görə çox vacibdir. O qədər də romantik deyiləm, amma bunun üçün çox çalışdım. Sevgilim əvvəl Uruqvayda yaşayırdı, mən isə Türkiyədə. Onu yanıma gətirməliydim. Böyük əziyyətdən sonra qızın atasından icazə alaraq onu bura gətirməyə nail oldum”.

Fernando Muslera evlənəcəyi tarixini "İnstaqram" səhifəsində də izləyiciləri ilə bölüşüb.


Fernando Musleranın "İnstaqram" səhifəsi

Gənç qapıçının toyunu Türkiyə yığmasının baş məşqçisi Fatih Terim edəcək.

“Fatih Terimin həll edə bilmədiyi şey yoxdur. Onun üçündə nə edəcəksə mükəmməl edəcək. Toyum Uruqvayda olacaq. Ola bilsin uzaq məsafə olduğu üçün komanda yoldaşlarım gələ bilməsin. Lakin mən hamısını dəvət etmişəm. Toyumu Türkiyədə də qeyd edəcəm. Bəy paltarımı Tafarel seçib. Amma geyimin necə olacağını soruşmayın, çünki deyən deyiləm. Patrisiya bunu bilməməlidir. Həmçinin mən də onun nə geyinəcəyini bilməməliyəm”.


Fatih Terim və Muslera

Musleranın kariyerasındakı ən əhəmiyyətli dönüş nöqtəsi Cənubi Afrika Respublikasında təşkil edilən 2010 Dünya Kuboku olub. Qrup matçlarında heç qol buraxmayan uruqvaylı, Cənubi Koreya ilə oynanan ikinci dövr matçının ardından 1/4 finaldakı Qana oyununda bütün dünyanın diqqətini üzərinə çəkib.


Tafarel "Qalatasaray"ın əfsanəvi qapıçısı.

Qapıçı 2011-ci ildən "Cim Bom"un qapısını qoruyur. Türkiyədə 2015-ci ilin ən yaxşı qapıçısı seçilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366240

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR