“Mersedes”in təmsilçisi Luis Hamilton ilin pilotu seçilib

“Mersedes”in təmsilçisi Luis Hamilton ilin pilotu seçilib
18:23 2 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
“Mersedes”in pilotu Luis Hamilton “Formula-1” komandalarının rəhbərləri tərəfindən keçirilən səsvermənin qalib olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Autosport” nəşri məlumat yayıb.
“Formula-1” komandalarının rəhbərləri mövsümün 10 ən yaxşı pilotunu gizli səsvermə yolu ilə seçiblər. Burada yarışlar zamanı tətbiq edilən xal sistemindən istifadə edilib.
L.Hamilton 229 xal yığmaqla Sebastyan Fetteli (“Ferrari”) 49 xal qabaqlayıb. Üçüncü yeri böyük fərqlə “Mersedes”in pilotu Niko Rosberq tutub. Onun aktivində 113 xal var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR