Tərlan Əhmədov: "Oyunu unudub, çempionata köklənməliyik"

AZAL - "Zirə" oyunundan sonra ev sahiblərinin baş məşqçisi Tərlan Əhmədovun mətbuat konfransı keçirilib.

Əhmədov məğlubiyyətə baxmayaraq, komandasının oyununundan razı qaldığını bildirib:

"lk növbədə “Zirə”ni təbrik edirəm. Maraqlı oyun alındı, komandamın sərgilədiyi futboldan zövq aldım. Qeyd etməliyəm ki, zədəli futbolçularımız çoxdur. Düşünürəm ki, öz səhvlərimizdən qollar buraxdıq. Lakin azlıqda qalmağımıza baxmayaraq, qol vurmağımız məni sevindirdi. Oyunu unudub, çempionata köklənməliyik. Çünki bizi qarşıda 4 çətin oyun gözləyir. Bu oyundakı səhvləri qarşıdakı görüşlərdə təkrarlamamağa çalışacağıq.

Oyun vaxtı futbolçu rəqibinə dirsək vurursa, üstünlük prinsipi mənim nəyimə lazımdır? Gəncədə Fariz Yusifov istədiyini elədi, oyundankənar vəziyyətdən bizə qol vurdular. Mən oyundan öncə hakimə deyirəm ki, qaydalar nə tələb edirsə, elə edin. Misal üçün “Sumqayıt”la oyunda qapımıza penalti verdilər, etiraz etmədim".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR