ŞOK! Madrid "Real"ı İspaniya Kral Kubokundan uzaqlaşdırılacaq (FOTO)

İspaniya Kral Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

"Real" səfərdə "Kadis"i 3:1 hesabı ilə məğlub edib. Ancaq belə görünür ki, böyük hesablı qələbə Madrid klubun növbəti mərhələyə adlamasına kömək etməyəcək.

Metbuat.az AS-a istinadən xəbər verir ki, "Real" "Kadis"lə görüşdə cəzalı olmasına baxmayaraq, Denis Çerışevi meydana buraxıb. Qaydalara görə, belə hal yolverilməzdi. "Real"ın Kral Kubokundan uzaqlaşdırılacağı gözlənilir.

Qeyd edək ki, "Real"ın ilk qoluna məhz Çerışev imza atıb. İkinci hissə başlar-başlamaz Rafael Benites onu Kovaçiçlə əvəzləyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR