Türkiyə baş nazirinin müavini: "Azərbaycan və Türkmənistanla yeni neft-qaz müqaviləsi imzalana bilər"

Türkiyə baş nazirinin müavini: "Azərbaycan və Türkmənistanla yeni neft-qaz müqaviləsi imzalana bilər"
10:57 3 Dekabr 2015
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ "Prezident Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə ilə Qətər arasında maye qaz idxalı ilə bağlı yeni bir anlaşma imzalanıb. Azəarbaycan və Türkmənistanla da təbii qaz və neftə dair bir sıra müqavilələr imzalana bilər".
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş telekanlların birində Ərzurumdan olan vətəndaşın "biz təzək yandırarıq, ruslar nə yeyəcək" fikrinə münasibət bildiriərkən, söyləyib.
Baş nazirin müavini qeyd edib ki, vətəndaşın dedikləri nə qədər xoş olsa da, Türkiyənin neft və təbii qazla bağlı ixracatdan asılılığı da bir gerçəklikdir.
"Təzək yandıracağıqmı" sualına isə hökumət rəsmisi belə cavab verib: "Onu yandırmaq millətimizin müqavimət göstəricisidir. İnşallah təzək yandırmağa gərək olmaz. Bir məsələni də düşünün: Avropaya təbii qazı nəql etmək istəyənlər, bunu Türkiyə ərazisindən ötürməyə məcburdur". 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-bas-nazirinin-muavini-azerbaycan-ve-turkmenistanla-yeni-neft-qaz-muqavilesi-imzalana-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR