Sənaye sahəsində brendlərin yaradılması üzrə treninqlər keçirilib

Sənaye sahəsində brendlərin yaradılması üzrə treninqlər keçirilib
11:38 3 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması" layihəsi çərçivəsində keçirilən treninqlər başa çatıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, treninqlərdə müxtəlif sənaye sahələrində fəaliyyət göstərən 50-dən çox yerli müəssisənin nümayəndələri iştirak edib. "Reklam və marketinq kommunikasiyaları", "Sənayedə brendləşmə", "Marketinq strategiyaları" mövzularını əhatə edən treninqlərdə məhsulun düzgün tanıdılma vasitələri, reklamın səmərəliliyinin artırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
"Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın icrasına uyğun olaraq keçirilən layihənin məqsədi sənaye və istehsal müəssisələrinin marketinq sahəsində məlumatlılıq səviyyəsinin artırılması və brendləşmənin təşviq edilməsidir.
Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Senaye_sahesinde_brendlerin_yaradilmasi_uzre_treninqler_kechirilib-907775

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR