Bişkek, 3 dekabr, AZƏRTAC
Qırğızıstanın Xalq Artisti, tanınmış bəstəkar Murad Beqaliev TÜRKSOY-un “Türk dünyasının sənətçisi” ordeninə layiq görülüb.
Bu haqda Qırğızıstanın TÜRKSOY-dakı nümayəndəsi Kojoqeldi Kuluev məlumat verib. O bildirib ki, M.Beqaliev qırğız musiqisinin inkişafı, həmçinin mədəniyyət sahəsində türk dünyası arasında əlaqələrin dərinləşdirilməsi istiqamətindəki xidmətlərinə görə verilib.
Xatırladırıq ki, “Türk dünyasının sənətçisi” ordeni bundan əvvəl Azərbaycanın Xalq Artisti, bəstəkar və ifaçı Polad Bülbüloğluna verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek