İzzət Bağırov: "İnsan hacı olanda onun boynunda oturub, onu təhqir etmək lazımdır?"

İzzət Bağırov: "İnsan hacı olanda onun boynunda oturub, onu təhqir etmək lazımdır?"
12:47 4 Dekabr 2015
118 Digər
Ölkə mətbuatı
A- A+

İzzət Bağırovu İnstagramda sərt tənqid edən şəxsin cavabı odlu-alovlu oldu.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, "10dan sonra" verilişində qonaq olan İzzət bu mövzuya aydınlıq gətirdi:

"Heç vaxt ədəbsizlik etməmişəm. Xəbər yayıldı ki, "Hacı İzzət Bağırov söyüş söydü". Hacı adam deyil, onun sinirləri yoxdur? Respublikanın 50 faizi hacıdır. Şou-biznesin özündə də 30 faizi hacıdır. İnsan hacı olanda onun boynunda oturub, onu təhqir etmək lazımdır? Təhqiri yazan fikirləşir ki, hacıdır, cavab verməyəcək. Camaatın çoxu biclik edir. Təhqirini saat 4-5-də yazıb qoyur ki, o vaxt hamı yatır. Biz robot deyilik ki. Ürəyimiz ətdəndir, betondan deyil. Əri ilə dalaşan, işdə problemi olan, istədiyini ala bilməyənlər heyiflərini müğənnilərdən çıxırlar. O xanımın yazdıqlarını dilimə gətirə bilmirəm, onları oxuyanda vəhşiləşdim. Məqsədi anlaya bilmədim. Mənim 40 yaşım var, üç oğul atasıyam, o təhqirləri dilimə gətirmək istəmirəm. Cavabını verdim. Amma sonradan hamısını sildim. Çünki o şəxs nəinki məni, adını çəkmədiyim 3 xanım sənətçimizi də təhqir etmişdi. Buna göz yuma bilməzdim".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/387559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR