Qardaşının evini yandırdı

Qardaşının evini yandırdı
13:37 4 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Tərtər sakini qardaşının evini yandırıb.

"Report"un məlumatına görə, hadisə rayonun Çaylı kəndində baş verib.

Həmin kənd sakinləri İsmayıl Bəxtiyar Mahmudov qardaşları arasında mübahisə sonradan davaya çevrilib.

Nəticədə İ.Mahmudov qardaşı B.Mahmudova məxsus fərdi yaşayış evini yandırıb. Yanğın nəticəsində evin bütün əşyaları tamamilə yanaraq yararsız hala düşüb. Bundan başqa, evin yanında tikilən tövlə ot bağlamaları ilə birlikdə yanaraq kül olub.

Hadisəni törədən İ.Mahmudov saxlanaraq istintaqa cəlb olunub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR