"Qalatasaray"dan darmadağın (VİDEO, FOTO)

"Qalatasaray"dan darmadağın (VİDEO, FOTO)
01:31 5 Dekabr 2015
45 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Liqasında 14-cü tura bir oyunla start verilib.

ANS PRESS-in məlumatına görə, turun açılış matçında "Qalatasaray" doğma meydanda "Bursaspor"u qəbul edib.

"Türk Telekom Arena"da baş tutan oyunda "Qalatasaray" rəqibini darmadağın edib. "Sarı-qırmızılar" Mustafa Dənizlinin rəhbərliyi altında ilk qələbəsini qazanıb. 3:0 başa çatan görüşdə "Qalatasaray"ın qollarına 68-ci dəqiqədə Lukas Padolski, 80-dəq Yasin Öztekin və 90 dəqiqədə qol kralı Burak Yılmaz imza atıb. Turun digər qarşılaşmaları bu gün və sabah keçiriləcək.



Oyundan kadr



4 dekabr

"Qalatasaray” – "Bursaspor” – 3:0
Qollar: Lukas Padolski, 68, Yasin Öztekin, 80, Burak Yılmaz, 90



Turnir cədvəli



5 dekabr

15:30 "Osmanlıspor” – "Kasımpaşa”

18:00 "Konyaspor” – "Antalyaspor”

21:00 "Kayserispor” – "Beşiktaş”

6 dekabr

18:00 "Başakşəhər” – "Gənclərbirliyi”

21:00 "Qaziantepspor” – "Fənərbaxça”

21:00 "Mersin” – "Rizəspor”

7 dekabr

21:00 "Akhisar” – "Sivasspor”

22:00 "Trabzonspor” – "Əskişəhərspor”

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366479

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR