Ramal: "Mənə söyüş söyənlərə fikir vermirəm, özlərinə qayıdır"

Ramal: "Mənə söyüş söyənlərə fikir vermirəm, özlərinə qayıdır"
12:42 5 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni-bəstəkar Ramal İsrafilov sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən bəhs edib. 

Axşam.az-ın məlumatına görə, sənətçi "Star life" verilişinə açıqlamasında fotosessiyaları çox sevdiyini də bildirib:

"Hər ay fotosessiya etdirirəm. Müğənni hər ay dəyişən simasını xatirə saxlamalıdır. Şəkillərim sosial şəbəkədə çox müzakirə olunur. Ramalın kostyumla şortik geyinməsi səs-küy doğurdu.

Düşünürəm ki, sosial şəbəkədə oturanlar şəhərə çıxıb gəzmirlər. Şəhərdə o qədər müasir geyimdə gənclər var ki... Amma bu müzakirələr məni narahat etmir. Söyüş söyənlərə fikir vermirəm, özlərinə qayıdır. Ünvanıma yaxşı sözlər yazanlara isə mahnılarımı hədiyyə edirəm".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR