Ronaldo haqqında şok iddia

Ronaldo haqqında şok iddia
13:31 5 Dekabr 2015
72 Şou
Ölkə mətbuatı
A- A+

Fransada verilişlərin birində müzakirə olunan məşhur futbolçu Kriştiano Ronaldo haqqında deyilənlər hamını təəccübləndirib.

ANS PRESS-in məlumatına görə, Fransanın "Touche" televiziya şousunda aparıcı Daniel Riolo dünya şöhrətli futbolçu Kriştiano Ronaldo ilə hollandiyalı kikboksçu Badr Harinin sevgili olduqlarını bəyan edib.

"Ronaldo və Hari öz səmimi dostluqlarını heç kəsdən gizlətmirlər. Birlikdə şəkil çəkdirərək sosial şəbəkələrdə paylaşırlar. Hətta, bir dəfə şəkillərin altından "yeni cütlüklər" yazısı ilə hərəkətlərini daha aydın şəkildə cəmiyyətə çatdırırlar", - deyə aparıcı əlavə edib.


Badr Harinin instaqram səhifəsində paylaşdığı foto

Daniel Ronaldonun rusiyalı model İrana Şeykdən də elə bu səbəbdən ayrıldığını vurğulayıb. Aparıcı deyir ki, Kriştina tez-tez öz şəxsi helikopteri ilə Şimali Afrika gedərək kinkboksçu ilə görüşür.


Daniel Riolo - aparıcı

"Ronaldo həftədə 3-4 dəfə Hari ilə görüşmək üçün Avropadan Mərakeşə yola düşür. O, gecə gedir, səhər isə geri qayıdır. O, bu uçuşlara indiyənədək 21 milyon dollardan çox pul xərcləyib".

Məsələ qarşı tərəfdən hələ ki, heç bir münasibət bildirilməyib.



Kriştiano Ronaldo - Real Madrid futbol klubunun oyunçusu və Portuqaliya yığmasının kapitanı olan portuqaliyalı futbolçusudur. Ronaldo karyerasına gənc oyunçu kimi Andorinha klubunda başlayıb. 2 ildən sonra C.D. Nasional klubuna keçib. Ronaldo 2007-ci ildə ilin ən gənc, yaxşı futbolçusu mükafatını alıb. 2008 və 2013-cü illərdə Qızıl top mükafatını qazanıb.

Portuqaliyalı futbolçu 2010-cu ildən 2015-ci illərədək rusiyalı model İrina Şeyk ilə sevgili olub, ondan bu yaxınlarda ayrılıb. İrina ilə 5 illik sevgili olduğu müddəti futbolçu, hətta, həyatının uğursuz dövrü də adlandırıb.


Kriştina Ronaldo və İrina Şeyk



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366510

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR