Rövnəq Abdullayev hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir

Rövnəq Abdullayev hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir
17:37 6 Dekabr 2015
76 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğınla bağlı itkin düşən şəxslərin axtarış tədbirlərinin həyata keçirildiyi ərazidədir.
“Report” xəbər verir ki, hadisə yerində olan Şirkət prezidenti hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir.
Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.
Hazırda FHN-in 2 yanğınsöndürən gəmisi, eyni zamanda SOCAR və BP şirkətlərinə məxsus daha 3 gəmi hazırda yanğının söndürülməsi işlərini həyata keçirir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR