Tərtərin cəbhə xəttindəki kəndləri telefonlaşdırılacaq

Tərtərin cəbhə xəttindəki kəndləri telefonlaşdırılacaq
13:16 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Tərtər rayonunun  Çaylı kəndi telefon rabitəsi ilə  təmin ediləcək.
 
Bu barədə məlumat verən Tərtər Telekommunikasiya Qovşağının rəisi Vidadi Bəylərov  “ICTnews” elektron xəbər xidmətinə bildirib ki,  ərazi cəbhə xəttinə çox yaxın olduğundan orada sakinlərin mənzillərinin peyk rabitəsi ilə telefonlaşdırılması mümkün deyil.
 
Bununla belə, telefon rabitəsi ilə yanaşı, əhalinin poçt rabitəsi və multimedia xidmətlərinə çıxışı da təmin ediləcək. Bundan başqa birbaşa cəbhə xəttində yerləşən rayonun Şıxarx kəndinin də telefonlaşdırılması nəzərdə tutulub.  
 
Qeyd edək ki, Çaylı kəndində 20 təsərrüfat, 30-a yaxın ev var. Mərkəzdən 20 kilometr aralıda olmaqla kənd Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşir.
 
 
RƏVAN

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR