2,3 milyon ton Azərbaycan nefti Ceyhandan dünya bazarlarına çıxarılıb

15:48 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2015-ci ilin noyabr ayı ərzində 2 306 069 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu həcmin 1 620 019 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-noyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 26 340 024 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il dekabrın 1-dək Ceyhan limanından 288 279 114 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2466330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR