Bakı, 7 dekabr, AZƏRTAC
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə Belçikanın “Anderlext” klubu ilə qarşılaşacaq Ağdamın “Qarabağ” komandasının oyununu idarə edəcək hakimlər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, oyun sloveniyalı hakim Slavko Vinçiçə tapşırılıb.
Ona həmyerliləri Bojan Ul və Tomas Klançnik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andraz Kovaçiç yerinə yetirəcək.
Qeyd edək ki, dekabrın 10-da keçiriləcək “Anderlext”-“Qarabağ” oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.