​"Azpetrol" şirkətinə yeni baş direktor təyin olunub

​"Azpetrol" şirkətinə yeni baş direktor təyin olunub
17:07 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ "Azpetrol" MMC-nin baş direktoru vəzifəsinə Ceyhun Məmmədov təyin edilib.
Şirkətdən "Report"a bildirilib ki, C.Məmmədov 1999-cu ildən "Azpetrol"da müxtəlif vəzifələrdə çalışır. Baş direktor vəzifəsinə təyin olunmamışdan öncə o, şirkətin Əməliyyat Departamentinin rəhbəri olub.
Xatırladaq ki, bu günlərdə "Azpetrol" şirkətinin baş direktoru Hüseynağa Rəhimov vəzifəsindən azad edilib. Məlumata görə, H.Rəhimov elmi işini davam etdirmək üçün öz xahişi ilə vəzifədən azad olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azpetrol-sirketine-yeni-bas-direktor-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR