Şahin Diniyev: "Legioner futbolçu transfer edəcəyik" (Müsahibə)

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev klubun saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- “Sumqayıt”la oyunun hazırlıqları necə gedir?
- Çox təəssüf ki, bizim üçün Azərbaycan kubokunda mübarizəni yarımçıq başa vurduq. Buna görə də, bütün diqqətimizi Premyer Liqaya yönəltmişik. Hər bir oyun bizim üçün vacibdi. “Sumqayıt”la matçda çalışacağıq ki, maksimum nəticə qazanaq. Matçda zədəli olan Tural Nərimanov iştirak etməyəcək. Rəşad Eyubov isə cəzalı olduğu üçün bu matçda onun xidmətlərindən yararlana bilməyəcəyik.

- 14 tur geridə qalıb. Bu turlar ərzində komandanızın çıxışından razı qaldınız?
- Belə baxanda, oyunumuzdan razıyam, amma nəticələr məni bir o qədər də qane etmir. İtirdiyimiz xallar çoxdu. Bizim nəticələr daha yaxşı ola bilərdi. Fikrimcə, bizə bir qədər də vaxt lazımdı. İki oyunu qeyd edə bilərəm ki, həmin oyunların nəticəsindən razı qalmamışdım. AZAL-ı öz meydanımızda 1:0 hesabı ilə məğlub etdiyimiz oyunda qalib gəlsək də, narazı qaldım. Həmçinin, səfərdə “Qarabağ”a 3:0 hesablı məğlubiyyətdən də narazı qalmışdım. Çünki biz 3:0 hesablı məğlubiyyətə laiq deyildik. Sadəcə, nəticə oyuna görə olmadı. Bu da məni çox təəssüfləndirdi.

- Komandanın zədəli futbolçusu olan Dario Junior Federikonun durumu haqda nə söyləyə bilərsiz?
- Hazırda Junior müalicə olunur. Həkim nəzarətindədir. Yanvar ayının ortalarında Juniorun yaşıl meydanalara nə zaman dönəcəyini dəqiq biləcəyik.

- Dario Junior Federikonun yoxluğu komandada hiss olunur...
- Bizim sistemimiz elə idi ki, müdafiədən hücuma dərhal atılırdıq. Bu da cinah yarımmüdafiəçilərin köməkliyi ilə baş tuturdu. Bu sistemi Junior və Rəşad Eyubovun oyununa görə qurmuşduq. Vurduğumuz qolların yetmiş faizi cinahlardan təşkil olunan hücumlardan sonra vurmuşduq. Sadəcə, Darionun zədələnməyi bizi oyun sistemimizi dəyişməyə məvbur etdi. Əvvəl daha çox cinahlardan hücum edirdiksə, indi daha çox mərkəzdən hücumlar təşkil edirik.

- “Kəpəz”in təlim-məşq toplanışı planı necədi?
- “Kəpəz”in xaricdə təlim-məşq toplanışı etməsi heç cür alınmır. Çünki bizim 20 gün boş vaxtımız olacaq. 2-3 gün o tərəfə, 2-3 gün bu tərəfə, yol problemi, orada isti hava, burada isə soyuq hava və.s Biz təlim-məşq toplanışını Yevlaxda keçirməyi düşünürük. Bunu üçün Yevlaxda şərait də var.

- Qış transfer pəncərəsində planlarınız necədi?
- Hazırda Dario Junior Federikonun boşluğunu doldurmaq üçün axtarışdayıq. Darionun olmamasına görə, mütləq həmin mövqeyə yeni futbolçu lazımdı. Elə seçim etməliyik ki, həm büdcəmizə uyğun olsun, həm də bizə xeyir verə bilsin. Buna görədə elə futbolçu seçməliyik ki, yanılmayaq. Cinah yarımmüdafiəçisindən əlavə ola bilər ki, hücumçu da transfer edək.

- Transferlərdən yerli futbolçulardan düşünürsüz?
- Xeyr. Çünki yerli futbolçular komandalarında əsas heyətdə oynayırlar. Ehtiyatda oturan futbolçular isə “Kəpəz”in gücünə güc qatmayacaqlar. Legioner futbolçu transfer edəcəyik.

- Şahin müəllim, “Kəpəz” qış fasiləsinə neçənci pillədə yollansa razı qalacaqsınız?
- Qarşımıza məqsəd kimi ilk “altılığ”a düşməyi qoymuşduq. Turnir cədvəlinə baxanda görürik ki, bizdən irəlidə olan komandalardan elə də çox xal fərqimiz yoxdu. Bir balaca artırsaq, yuxarl pillələrə yüksələ bilərik. Əgər qış fasiləsinə ilk “dördlük”də yollansaq bu məni qane edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR