"Qəbələ" son şansına hazırlaşır

"Qəbələ" son şansına hazırlaşır
10:05 8 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Krasnodar"la (Rusiya) oyununun hazırlıqlarına start verib.
 
Milli.Az qol.az-a  istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 15-ci turunda "Xəzər Lənkəran"la səfərdə keçirilən oyundan (1:0) sonra məşqlərinə fasilə verməyən "qırmızı-qaralar" hazırlıqlarını Bakıda davam etdirirlər.
 
Komanda ötən gün Bakıda məşq keçib. Futbolçular fiziki hazırlıqla kifayətləniblər. Bu gün "qırmızı-qaralar" Bakı Olimpiya Stadionunda növbəti məşqi gerçəkləşdirəcəklər. "Qəbələ" oyunöncəsi son məşqini dekabrın 9-da matçın baş tutacağı "Bakcell Arena"da keçirəcək.

Xatırladaq ki, qrupda son oyununa çıxacaq komandanın "Krasnodar"la dekabrın 10-da baş tutacaq qarşılaşması saat 22:00-da başlayacaq. Oyunu rumıniyalı hakimlər briqadası idarə edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR