Gürcüstan Prezidenti Saakaşvilini niyə vətəndaşlıqdan məhrum etdiyini açıqlayıb

Gürcüstan Prezidenti Saakaşvilini niyə vətəndaşlıqdan məhrum etdiyini açıqlayıb
14:22 8 Dekabr 2015
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Gürcüstan Prezidenti Georgi Marqvelaşvili sabiq dövlət başçısı Mixail Saakaşvilini Gürcüstan vətəndaşlığından məhrum etməsinin izahını verib. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, ölkə başçısı Konstitusiyaya uyğun hərəkət etdiyini bildirib.
Qanuna görə, başqa dövlətin vətəndaşlığını almaq Gürcüstan vətəndaşlığından məhrumiyyət üçün mütləq əsasdır. Saakaşvili isə 2015-ci ilin iyulunda Ukrayna vətəndaşı olub.
"Siyasi manevr üçün Konstitusiyanı poza bilmərəm. Mən bu ölkənin qanunlarına əməl edirəm", - Marqvelaşvili "Kafkazia" telekanalının efirində bildirib.
Gürcüstan prezidenti, həmçinin başqa ölkənin vətəndaşlığını qəbul etdiyinə görə, Saakaşvilini tənqid edib: "İki dəfə Gürcüstan prezidenti olmusansa, iki dəfə bu ölkənin silahlı qüvvələrinin ali baş komandanı olmusansa, bu ölkənin adına Gürcüstan bayrağını daşımısansa, bu ölkənin vətəndaşlığına hörmət etməyə məcbur idin".
Xatırladaq ki, Saakaşvilinin Gürcüstan vətəndaşlığından çıxarılması haqqında sərəncam dekabrın 4-də verilib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/gurcustan-prezidenti-saakasvilini-niye-vetendasliqdan-mehrum-etdiyini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR