Abşeron, Hacıqabul və Ağdam magistral qaz kəmərlərində təmir aparılacaq

Abşeron, Hacıqabul və Ağdam magistral qaz kəmərlərində təmir aparılacaq
17:47 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Dekabrın 9-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-1”, “Türkan-2”, “Novxanı” və “Mərdəkan bağları”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Muğan”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir müddətində Bərdə rayonunun Mehdixanlı və Seyidhüseynli, Hacıqabul rayonunun Muğan və Udulu kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bakı şəhəri Binəqədi rayonunun, həmçinin Xəzər rayonunun Türkan qəsəbəsi və Mərdəkan qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR