Elmar Vəliyev sərgi-konsertdə iştirak edib (FOTO)

Elmar Vəliyev sərgi-konsertdə iştirak edib (FOTO)
10:33 30 Dekabr 2014
185 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Ulu öndər Heydər Əliyevin ənənələrini sədaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sənətə və sənətkarlara daim yüksək diqqət və qayğı göstərir. Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi də bu istiqamətdə geniş tədbirlər həyata keçirir. Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm İdarəsinin birgə Məhsəti Mərkəzində təşkil etdiyi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifci M.Ş. Vazehin anadan olmasının 220 illiyinə həsr olunmuş “M.Ş. Vazeh təsviri sənətdə və musiqidə” adlı sərgi-konsert də Gəncənin zəngin tarixinə, ədəbi mühitinə, sənətkarların və rəssamların yaradıcılığına xüsusi diqqət və qayğının təzahürü oldu.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, tanınmış sənətkarlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Sərgidə 44 nəfər rəssamın 100-ə qədər yağlı və sulu boya, vitraj, tuş, şüşə, xovlu tikmə ilə işlənmiş rəngkarlıq, boyakarlıq, keramika əsərləri, qədim məişət əşyaları nümayiş etdirilib. Burada görkəmli şair Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını əks etdirən əsərlərə daha geniş yer verilib.

İcra başçısı Elmar Vəliyev tədbir iştirakçılarını və sənətkarları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, sərgilənən əsərlərə yüksək dəyər verməklə, sənətkarlarla səmimi söhbət edib, onların arzu və istəkləri, problemləri ilə maraqlanıb, öz tövsiyələrini bildirib, müvafiq təşkilatlara tapşırıqlar verib. Qeyd edib ki, xalq tədbiqi sənət nümunələrinin yaşadılması, gələcək nəslə ötürülməsi üçün hər cür şərait yaradılacaq, yaxın zamanlarda Gəncənin tanınmış rəssamlarının sərgiləri təşkil olunacaq.

Rəssamlardan Məhbubə Həsənova, Rasim Hüseynov, Fərhad Əliyev, Asif Yolçuyev və başqaları onlara göstərilən köməyə və dəstəyə, qayğı və diqqətə görə şəhər rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR