Bakı, 7 fevral, Ceyhun Rüstəmov, AzərTAc
Martın 15-dən etibarən İstanbulun Sabiha Gökçen Beynəlxalq Aeroportundan Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna yeni aviareys açılacaq.
“Türk Hava Yolları”nın Bakıdakı nümayəndəliyindən AzərTAc-a bildiriblər ki, aviaşirkətin təyyarələri ilə bu istiqamətdə gündə bir dəfə olmaqla, həftədə yeddi dəfə reyslər həyata keçirəcək.