Milli Konservatoriyada xalq artistinin yaradıcılığına həsr olunmuş elmi-praktiki konfrans

Milli Konservatoriyada xalq artistinin yaradıcılığına həsr olunmuş elmi-praktiki konfrans
12:20 9 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli müğənni, Xalq Artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyinə hər olunmuş elmi-praktiki konfrans keçirilib.
Konservatoriyadan AZƏRTAC-a bildirilib ki, konfransda “Rəşid Behbudovun səs tembri və vokal ifa xüsusiyyətləri”, “Rəşid Behbudov və "Arşın mal alan" operettası”, “Rəşid Behbudov yaradıcılığında bəstəkarların rolu”, “Rəşid Behbudov və kino musiqisi” və digər mövzusunda məruzələr dinlənilib.
Tədbirdə R. Behbudovun repertuarında səslənən mahnılardan ibarət videoçarx nümayiş olunub. Konservatoriyanın müəllim və tələbələrinin ifasında Rəşid Behbudovun repertuarında yer alan bir sıra mahnılar səsləndirilib.
Sonda konservatoriyanın rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi çıxış edərək AMK-də bu kimi tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətindən söz açıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR