Baxitxoja Rüstəmov: Azərbaycan ədəbiyyatı Qazaxıstanda çox populyardır

Baxitxoja Rüstəmov: Azərbaycan ədəbiyyatı Qazaxıstanda çox populyardır
16:33 9 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Azərbaycan Yazıçılar Birliyində (AYB) məşhur qazax yazıçısı, akademik, beynəlxalq mövzularda yazan publisist, beynəlxalq Qazaxıstan-Kuba Dostluq Cəmiyyətinin vitse-prezidenti, Qazaxıstan Jurnalistlər İttifaqının, Avropa Ədəbiyyatçılar Konqresinin və Dünya Türk Xalqları Assambleyasının üzvü Baxitxoja Rüstəmov ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, akademik Yəhya Yusif Caniyar tədbiri açaraq qonağın həyat və yaradıcılığı barədə məlumat verib. O qeyd edib ki, məşhur yazıçı Baxitxoja Rüstəmov vətənpərvərlik və türk etnosunun böyüklüyü mövzusunda çoxsaylı əsərlərin müəllifidir. O, Azərbaycan ilə Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına dəyərli töhfələr verib.
Baxitxoja Rüstəmov səmimi qəbul üçün AYB rəhbərliyinə təşəkkür edib və bu qurumun fəaliyyətindən məmnun olduğunu bildirib. O deyib ki, Azərbaycan ədəbiyyatı Qazaxıstanda çox populyardır. Qonaq dahi şair Nizami Gəncəvi yaradıcılığının türk dünyası mədəniyyətinin inkişafında böyük rolunu qeyd edib. B. Rüstəmov vurğulayıb ki, Bakı dünyanın ən gözəl və qonaqpərvər şəhərlərindən biridir, Azərbaycan isə günbəgün inkişaf edir, dəyişir.
AYB sədri, Xalq Yazıçısı Anar tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan və Qazaxıstan – iki qardaş dövlətdir, xalqlarımızı ortaq tarix, mədəniyyət, din və məişət birləşdirir. Anar Baxitxoja Rüstəmovun yaradıcılığını yüksək qiymətləndirib, qeyd edib ki, onun yaradıcılığı türk xalqlarının daha da yaxınlaşmasında böyük rol oynayır.
Sonra tədbir iştirakçıları Azərbaycan-qazax münasibətləri mövzusunda fikir mübadiləsi aparıblar. Tədbirdə vətənpərvərlik və iki xalqın dostluğu mövzusunda şeirlər oxunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baxitxoja_Rustemov_Azerbaycan_edebiyyati_Qazaxistanda_chox_populyardir-909684

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR