Medvedyev Türkiyəyə meydan oxudu

Medvedyev Türkiyəyə meydan oxudu
16:36 9 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

“Rusiya "Su-24" qırıcı təyyarəsinin vurulmasından sonra Türkiyəyə müharibə elan edə bilərdi. Amma Rusiya bunu etmədi”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiyanın baş naziri Dmitri Medvyedev ölkə telekanallarına müsahibəsi zamanı deyib.

“Analoji hallar XX əsrdə müharibələrə səbəb olardı. Belə müharibəyə əsaslarımız var idi. Çünki bu xarici dövlətə birbaşa hücumdur. Amma Rusiya prezidenti və rəhbərliyi müharibəyə əl atmadı”, -deyə Medvedev bildirib.


Dmitri Medvyedev müsahibə verərkən


Medvedev bildirib ki, biz türklərə göstərməli idik ki, onlar bu etdiklərinə görə cavab verəcəklər. “Bizim tətbiq etdiyimiz qadağalar sözün əsl mənasında sanksiya deyil . Bu, sadəcə dövlətimizin ilkin qoruyucu reaksiyasıdır”.


Suriya-Türkiyə sərhədində təyyarənin düşməsi


Noyabrın 24-də Rusiyaya məxsus qırıcı təyyarə Türkiyə - Suriya sərhədində vurulub. Tükiyə tərəfi qırıcının vurulmasını dövlət sərhədlərinin pozulması ilə izah etdi. Qırıcının pilotlarından biri türkmənlər tərəfindən öldürüldü digəri isə canını sağ qurtara bildi.

Rusiya prezidenti Vladimir Putin hadisəni arxadan vurulan zərbə adlandırdı. Ölkələr arasından iqtisadi münasibətlər demək olar ki, kəsildi. Artıq 20 günə yaxın vaxt keçsədə ölkələrin bir – birinə ittihamları davam edir.


Rusiya təyyarəsinin vurulduğu ərazi


Dmitri Medvedev çıxışı zamanı təyyarənin vurulmasını ölkəsinə qarşı təcavüz aktı adlandırıb. Məlumdur ki, qırıcı Rusiya - Türkiyə sərhədində deyil, Suriya – Türkiyə dövlət sərhədində vurulub. Suriya Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınan müstəqil dövlətdir. Rusiya təyyarəsi öz hava məkanından kənarda müstəqil bir dövlətin ərazisində hərbi əməliyyatlar zamanı vurulub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366852

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR