«Microsoft» korporasiyası 12 təhlükəsizlik bülleteni çap edib

«Microsoft» korporasiyası 12 təhlükəsizlik bülleteni çap edib
10:22 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

8 dekabr 2015-ci il tarixində «Microsoft» korporasiyası 12 təhlükəsizlik bülletenindən ibarət böyük yeniləməsini buraxıb. Bütövlükdə şirkətin məhsullarında aşkarlanmış 71 boşluq aradan qaldırılıb. Bu boşluqların böyük əksəriyyəti yüksək təhlükə dərəcəsinə malik kimi qeyd edilib.
 
 
«ICTnews» elektron xəbər xidməti «securitylab.ru» resursuna istinadən xəbər verir ki, vacib düzəlişlər «Microsoft Windows», «Office», «Edge» və «Internet Explorer» brauzerlərində aşkarlanmış boşluqlar üçün nəzərdə tutulub.
 
 
«Microsoft» şirkətinin nümayəndəsi istifadəçilərə xatırladıb ki, 12 yanvar 2016-cı il tarixindən etibarən «Internet Explorer» («IE») («IE11»-dən başqa) brauzerinin bütün versiyalarının dəstəyi dayandırılacaq.
 
 
Emil Hüseynov


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR