"Topçular" 1\8 finalda

"Topçular" 1\8 finalda
10:51 10 Dekabr 2015
19 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Londonun "Arsenal" klubu səfərdə "Olimpiakos"un qonağı olub.

ANS PRESS-in məlumatına görə, "Olimpiakos" - "Arsenal" matçı Qeorqis Karaiskakis stadionunda baş tutub.

Oyunda hesab 29-cu dəqiqədə London klubu tərəfindən açılıb. "Topçuların" fransalı hücumçusu Olivye Jiru Aron Remzinin sol cinahdan qapı önünə havalandırdığı topu başla Robertonun qoruduğu qapıdan keçirib. Olivye Jiru bir daha 49-cu dəqiqədə özündən söz edib. Bu dəfə Jiru Xoel Kempbelin ötürməsini qolla tamamlayıb.

Ancaq bu oyunda vurulan son qol olmayıb. Beləki, 67-ci dəqiqədə Olivye Jiru 11 metirlik cərimə zərbəsindən sonra həm özünün, həm də komandasının 3-cü qolunu vurub.


"Olimpiakos" - "Arsenal" oyunu

Bu qələbədən sonra aktivinə 3 xal yazdıran "Arsenal" klubu yer aldığı "F" qrupunda 2-ci pillənin sahibi kimi 1\8 final mərhələsinə yüksəlib.


"F" qrupunun turnir cədvəli

"F" qrupunda mübarizə aparan "Bavariya" və "Arsenal" klubları adının Çempionlar Liqasının 1\8 final mərhələsinə yazdırıblar. "Olimpiakos" isə, Avropa Liqasının "play-off"unda mübarizə aparacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366912

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR