Sevda 23 kiloqram arıqlayıb

Sevda 23 kiloqram arıqlayıb
13:51 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Sevda Sanəliyeva 23 kiloqram arıqladığını deyib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Günə baxan” verilişində hamiləliyindən bəhs edib:

“Hamiləlik vaxtı 87 kiloqram olmuşdum. Heç bir pəhriz saxlamırdım. Yemək məsələsində özümə qadağa qoymamışdım. Amma hamiləlikdə çox yox, düzgün qidalanmaq lazımdır. Əvvəl yeyib-içməyimə çox fikir verirdim ki, kökəlməyim. Ana olduqdan sonra arıqlamağa başladım. Hazırda 64 kiloqram olmuşam. Hələ 2 kiloqram da arıqlayacam. 2 ay ərzində aclıq elan etdim. Sağlam olmayan pəhriz saxladım. Sonradan nəticəsi pis oldu. Stress keçirdim, süd kəsildi, övladım ac qaldı”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR