Berlində "Günəşli" faciəsində həlak olan neftçilərin xatirəsi anılıb - FOTO

Berlində "Günəşli" faciəsində həlak olan neftçilərin xatirəsi anılıb - FOTO
14:47 10 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyada yaşayan soydaşlarımız "Günəşli" yatağında dekabrın 4-də baş vermiş faciədə həlak olan neftçilərin xatirəsini anıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, dekabrın 4-də Xəzər dənizindəki "Günəşli" yatağının 10-cu dərin özülündə baş vermiş yanğında həlak olan neftçilərin xatirəsi Almaniyada yaşayan soydaşlarımız tərəfindən anılıb.

Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Azərbaycan Evi və digər diaspor təşkilatlarının təşəbbüsü ilə soydaşlarımız Azərbaycanın Almaniyadakı səfirliyi qarşısına toplaşıblar. Onlar səfirliyin binası qarşısına güllər düzüb, faciədə həlak olan neftçilərin xatirəsinə şam yandırıblar.

Soydaşlarımız faciə qurbanlarının ailələrinə başsağlığı verib, yaralılara tezliklə sağalmalarını arzu ediblər.

Milli.Az





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR