Nardaranda yenə silah kisəsi tapıldı

Nardaranda yenə silah kisəsi tapıldı
13:41 11 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir birinin ardınca iki xüsusi əməliyyatın keçirildiyi Nardaran qəsəbəsində axtarışlar davam edir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə,

Nardaran qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əli Əliyevin evindən “F-1” qumbarası və 3,95 qram heroin aşkar edilərək götürülüb.

Adıçəkilən silahı və narkotiki Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində açkar ediblər.

Bundan başqa Nardaran qəsəbəsi ərazisindən içərisində silah sursat olan kisə tapılıb.

Polis əməkdaşları tərəfindən Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisindən içərisində tapılan kisədə “AKS” markalı silah, 39 ədəd patron və patron darağı olub.

Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları, bütövlükdə konstitusiya quruluşunu dəyişdirməklə şəriət qanunları ilə idarə olunan dini dövlətin yaradılmasını planlaşdıran silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi üzrə noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərmiş cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirən polis sercantları Vüqar Nəsibov və İsmayıl Tağıyev qəhrəmancasına həlak olub.



Nardarandakı əməliyyatdan görüntülər

Dekabrın 1-də saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub. Müəyyən edilmiş yerlərdə postlar qoyulub.

Hadisə yerindən maddi sübut kimi 4 avtomat, 4 tapança, 12 qumbara, biri kənardan idarə edilən olmaqla 3 ədəd partlayıcı qurğu, 10 ədəd "Molotov Kokteyli", 7 ədəd bıçaq və xəncər, 3 ədəd beşbarmaq və s. götürülüb.

Bu hadisədən sonra qəsəbədə bir neçə dəfə silah-sursat aşkarlanıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367035

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR