“Baltika” Bakı 2015 Avropa Oyunlarının qaliblərini alqışlayır

“Baltika” Bakı 2015 Avropa Oyunlarının qaliblərini alqışlayır
17:03 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 10-da Moskva şəhərinin “Manej” mərkəzi sərgi zalında Rusiya Olimpiya Komitəsinin və “Baltika” pivə şirkətinin dəstəyi ilə “Rusiya-2015 Olimpiyaçılar balı” keçirilib.
Trend-in məlumatına görə, tədbir Rusiya Olimpiya Komandasının 2016-cı ildə Rio de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlığına, eləcə də, bu yay Bakıda təşkil edilmiş ilk Avropa Oyunlarının qalib və mükafatçılarının şərəfinə həsr olunmuşdu.
“Rusiya-2015 Olimpiyaçılar balı”nın baş tərəfdaşı qismində həmişə idmanın inkişafına böyük töhfələr verən “Baltika” şirkəti idi. Şirkət həmçinin pivə istehlakı mədəniyyətini təbliğ etməklə azarkeşlərlə ciddi iş aparır. Şirkət Azərbaycanda “Baltika-Bakı” zavodu ilə təmsil olunur və ölkənin pivə istehsalı bazarına liderlik edir. Bundan başqa Azərbaycanın ən mühüm vergi ödəyicilərindən biri olan şirkətin dövlət büdcəsinə illik ödəmələrinin həcmi 20 milyon manatdan çoxdur.

Tədbir RF Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov və digər yüksək vəzifəli şəxslərin iştirakı ilə keçib. Ümumilkdə, balda 1200-dən çox qonaq iştirak edib. Onlar arasında Bakı-2015, Birinci Avropa Oyunlarının qalib və mükafatçıları, Rio de Janeyroda Rusiyanı təmsil edəcək idmançılar, olimpiya çempionları, tanınmış ictimai xadimlər, Rusiya MOK-un tərəfdaşı olan şirkətlərin rəhbərləri və digər şəxslər var idi.

Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov: “Güclü komanda olmadan böyük idman və böyük qələbə mümkün deyil. Bizim çoxdankı tərəfdaşımız olan “Baltika” bu komandanın bir hissəsidir. Biz birlikdə əsas məqsədə - idmanın ölkədə inkişafına və populyarlaşmasına doğru addımlayırıq. Rusiya Olimpiya Komitəsi adından “Baltika” şirkətini təbrik edirəm və nail olduğu uğurları ilə heç vaxt kifayətlənməməyi arzulayıram”.
Olimpiyaçılar balında “Baltika-Bakı” şirkəti baş direktor Sergey Tolmaçev ilə təmsil olunub.
Azərbaycan istehlak bazarında çalışan şirkət müxtəlif sahələrdə pivəbişirmə sənayesini layiqincə təmsil edərək, iqtisadiyyatın inkişafında və ölkənin sosial həyatında fəal iştirak edir.

Balda mükafatlandırma mərasimi zamanı, şirkət Rusiya yığmasının heyətində Bakı 2015, Birinci Avropa Oyunlarının qalib və mükafatçılarını fəxrlə salamladı.

“Baltika-Bakı” şirkətinin baş direktoru Sergey Tolmaçov: “İdman ictimai həyatın böyük və vacib hissəsidir. “Baltika” idmanın inkişafını ənənəvi olaraq dəstəkləyir və böyük idman hadisələrinə öz töhfəsini verməkdən qürur duyur”.

Bu il özünün 25 illiyi münasibətilə “Baltika” şirkəti “25 il qızıl rekordlara doğru” adlı xüsusi nominasiya təsis edib. “Olimpiyaçılar balı”nda bu nominasiya ilə, 25 il ərzində yüksək nəticələr əldə etmiş və Rusiya idmanının inkişafına töhfə vermiş idmançılar mükafatlandırıldılar.

Bakı 2015, Birinci Avropa Oyunlarının Rusiyadan olan bütün qalib və mükafatçılarına şəxsi adlarının həkk olunduğu döş nişanları təqdim edildi. Nişanın dizaynında əks olunmuş Olimpiya məşəli, Bakıda keçirilmiş Avropa Oyunlarının rəmzi olan nar və “Krallıq daşı” almazı ifadə edən qiymətli taxıl - yüksək idman ustalığı dərəcəsini əks etdirir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2468545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR