Müəmmar Qəddafinin oğlu oğurlanıb

Müəmmar Qəddafinin oğlu oğurlanıb
07:47 12 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Liviyanın keçmiş başçısı Müəmmar Qəddafinin oğlu Hannibal Livanda oğurlanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bir müddət sonra Hannibal Qəddafi Livan təhlükəsizlik orqanlarına təhvil verilib.
 
Onun yerli şiə qruplaşmaları tərəfindən oğurlandığı bildirilir. Qeyd olunur ki, insident 1978-ci ildə imam Musa Sədrin Liviyada müəmmalı şəkildə itkin düşməsi ilə bağlıdır.
 
Hazırda Hannibal Qəddafi hüquq-mühafizə orqanları əməkdaşlarının müşayiəti ilə Beyruta yollanır. Onun Livanın şərqində yerləşən Baalbek şəhəri yaxınlığında aşkarlandığı vurğulanır.
 
Qeyd edək ki, mühacir həyatı yaşayan Hannibal Qəddafi livanlı model Alina Skaffla evlidir və tez-tez Beyrutda olur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR