Çilidə Pinoçet diktaturası dövrünün cəlladı tutulub

Çilidə Pinoçet diktaturası dövrünün cəlladı tutulub
14:18 12 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Çilinin hüquq mühafizə orqanları yerli radiostansiyanın canlı yayımında Auqusto Pinoçetin diktatura rejimi dövründə siyasi məhbusları güllələdiyini etiraf edən şəxsi saxlayıblar.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, hüquq mühafizə orqanlarınin əməkdaşları 62 yaşlı avtobus sürücüsü Gilyermo Reyes Rammsini radioya zəng etdiyi telefon nömrəsi ilə tapıblar. O, canlı yayımda 1973-cü ildə 10 nəfərdən çox insanı güllələdiyini, sonradan isə cəsədləri partlatdıqlarını etiraf edib.
Gilyermo Reyes Rammsi Santyaqoya aparılıb. Burada onu Çilinin məşhur hakimi, insan haqlarının pozulması işləri üzrə mütəxəssis Mario Karrosa dindirəcək.
Rəsmi məlumata əsasən, Pinoçetin diktatorluğu dövründə (1973-1990) Çilidə siyasi motivlərə görə 3225 nəfər öldürülüb və itkin düşüb, 37 mindən çox insan isə müxtəlif növ ağır işgəncələrə məruz qalıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHilide_Pinochet_diktaturasi_dovrunun_celladi_tutulub-910668

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR