Azərbaycan neftinin qiymətləri: 7-11 dekabr həftəsinin yekunları

Azərbaycan neftinin qiymətləri: 7-11 dekabr həftəsinin yekunları
15:13 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov – Trend:

Ötən həftə (7-11 dekabr) ərzində Azərbaycanın AZERI LT (CIF) növlü neftin orta qiyməti 40,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,86 dollar/barel azdır.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 41,87, minimum isə 38,9 dollar/barel təşkil edib.

7-11 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 35,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 4,37 dollar/barel azdır.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 37,23, minimum isə 34,02 dollar/barel olub.

7-11 dekabr həftəsində "Brent Dated" növünün orta qiyməti 38,85 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 3,68 dollar/barel çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 39,77 dollar, minimum isə 37,13 dollar/barel təşkil edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2468782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR