“Rəqibin heyətində yaxşı futbolçular var”

“Rəqibin heyətində yaxşı futbolçular var”
17:37 12 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ” ilə oyun bizim üçün çətin olacaq”. Fanat.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Kaue da Silva deyib.

 

Braziliyalı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında Topaz Premyer Liqasının XVI turu çərçivəsində “Qəbələ” ilə sabah keçiriləcək oyun haqda danışıb.

 

Rəqib barədə müsbət fikirlər səsləndirən “sambaçı” qarşılaşmaya ciddi yanaşdıqlarını qeyd edib: “Qəbələ” yaxşı komandadı, Avropa Liqasında çıxış edib. Rəqibin heyətində yaxşı futbolçular var, onlar da bizim kimi çempionatda iddialıdılar. Rəqibə hörmət edirik. Bu qarşılaşmaya ciddi yanaşmalıyıq, çünki səfərdə oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq”.

 

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” görüşü 15.30-da start götürəcək.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rqibin-heytind-yax-futbolcular-var-t46091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR