“İmam Hüseyn” məscidində partlayışın təşkilatçısı saxlanıldı

“İmam Hüseyn” məscidində partlayışın təşkilatçısı saxlanıldı
08:19 13 Dekabr 2015
51 Dünya
Ölkə mətbuatı
A- A+

Livanın xüsusi xidmət orqanlarının əməkdaşları noyabrın 12-də Beyrutun ətrafında  törədilən terror aktlarını planlaşdırmış  İŞİD-in ölkədəki diversiya dəstəsinin başçısı Bilal Əl Bakkarı saxlayıblar.  APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Manar” nəşri məlumat yayıb.

 

Məlumata görə, diversiya qruplarından biri ölkənin şimal bölgəsinə gedən Beyrut – Tripoli magistral yolunun tuneldən keçən hissəsini partlatmağı planlaşdırırmış.     

 

“İmam Hüseyn” məscidində törədilən partlayışlardan sonra keçirilmiş xüsusi əməliyyat çərçivəsində 19 təhlükəli terrorçu saxlanılıb, onların ölkənin şimalında “islam əmirliyi”nin yaradılması planının qarşısı alınıb.    

 

 

Xatırladaq ki, noyabrın 12-də terrorçu-kamikadzelərdən biri özünü “İmam Hüseyn” məscidinin yaxınlığında partladıb. Partlayışdan sonra ikinci kamikadze yaralılara yardım etmək üçün hadisə yerinə toplaşanların arasına keçərək özünü partladıb. Partlayışlar nəticəsində 30 nəfərin ölüb, azı  100 nəfər yaralanıb. Qeyd edək ki, 3-cü terrorçu sağ olaraq ələ keçirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR